Kanalda boğulan 10 yaşlı uşağın meyiti tapıldı
Şirvanda 10 yaşlı uşaq kanalda boğulub. Şirvan şəhər Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında Şirvan şəhər sakini, 1 May küçəsində yaşayan 2004-cü il təvəllüdlü Hümbətov Kamran Qədir oğlunun meyiti Şirvan şəhəri ərazisindən keçən Baş Şirvan kollektorundan çıxarılıb. Məlumata görə, Kamran Hümbətov iyunun 26-da kanalın sahilində oynayarkən sürüşərək suya düşüb. Bu gün səhər saatlarında onun meyiti tapılaraq müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Şöbəsinə aparılıb. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?