Göyçayda minik avtomobili belə yandı
Göyçayda minik avtomobili yanaraq yararsız hala düşüb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gecə radələrində Göyçayın Cəyirli kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 39 yaşlı Famil Qədirova məxsus dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobilinin mühərrik hissəsində baş verən yanğın qısa vaxtda genişlənib. Nəticədə avtomobilin salon hissəsi də yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilərək yanğının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?