Bakıda yaxalanan ev oğrusu bütün cinayətlərini danışdı
Paytaxtda mənzillərə qənim kəsilən şəxs yaxalanıb. Хəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilən Bakı sakini, 31 yaşı Cavid Həsənov saxlanılıb. Məlum olub ki, Cavid Həsənov yanvarın 11-12-də Zirə qəsəbəsi Sərdarov küçəsində yaşayan Nigar Rzayevanın evinə soxulub, evdə olan qızıl-zinət əşyalarını qarət edib. Dindirmələr zamanı Cavid Həsənov mənzilə pəncərədən keçdiyini deyib. Saxlanılan şəxs həmçinin, aprelin 17-də R. Babayev küçəsində yaşayan Vahid Hüseynovun evindən pul oğurladığı müəyyənləşib. Faktla bağlı RPİ-nin istintaq şöbəsində araşdırmalar aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?