Türkiyədə 2 Azərbaycan vətəndaşı yoxa çıxıb
Türkiyədə iki Azərbaycan vətəndaşı yoxa çıxıb. Onların tapılması üçün İnterpola müraciət edilib. APA TV-nin məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşları - 26 yaşlı Həzi İmanov Türkiyənin Hatay şəhərində, 38 yaşlı Vüqar Məmmədov isə Antalyada yoxa çıxıb. Onların tapılması üçün beynəlxalq axtarış bürosu olan İnterpola müraciət edilib. Hazırda onların tapılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?