Braziliyada stadionun yaxınlığında körpü uçdu
Braziliyanın Belu-Orizonti şəhərində avtomobil körpüsü uçub. APA TV-nin verdiyi məlumata görə, körpünün altından keçən avtobus konstruksiyanın altında qalıb. Bundan başqa, bir minik maşını da əzilib. İlkin məlumata görə, 2 nəfər ölüb, 19 adam xəsarət alıb.
Qeyd edək ki, uçan körpü “Mineyran” stadionunun yaxınlığında yerləşir. İyulun 9-da bu stadionda futbol üzrə dünya çempionatının Fransa-Almaniya və Braziliya-Kolumbiya yarımfinalları keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?