Poroşenko şərtlərini açıqladı
Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ vitse-prezidenti Cozef Baydenlə söhbət zamanı ölkənin şərqində separatçılarla atəşkəs rejimini bərpa etməyə hazır olduğunu bildirib. APA TV-nin verdiyi xəbərə görə, Ukrayna prezidentinin rəsmi saytında dərc olunmuş məlumata əsasən, Poroşenko atəşkəs rejiminin bərpasının 3 şərtə əməl olunduqdan sonra mümkün olacağını qeyd edib. Atəşkəs rejiminə ikitərəfli formatda əməl olunacağının təsdiqlənməsi, girov saxlanılan bütün şəxslərin azad edilməsi və sərhədə ATƏT-in monitorinqi əsasında nəzarətin bərpası Poroşenkonun şərtlərinə daxildir.
Poroşenko siyasi danışıqların başlanması üçün heç bir əlavə şərtin tələb olunmadığını əlavə edib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?