Bülənd Arınc: “Abdullah Gül istəsə, AKP-yə sədr seçərik”
Rəcəb Tayyip Ərdoğanın prezident seçiləcəyi təqdirdə Ədalət və İnkişaf Partiyasına kimin sədrlik edəcəyi sual altındadır. APA TV-nin məlumatına görə, baş nazirin müavini Bülənd Arınc AKP-yə prezidentlik missiyası başa çatan Abdullah Gülün rəhbərlik edəcəyinə işarə vurub. Arınc “Hürriyət” qəzetinə verdiyi müsahibədə bildirib ki, oktyabrda partiyanın qurultayı keçiriləcək: “Əgər qurultayda partiyanın rəhbər qurumları Abdullah Gülün sədr seçilməsini istəsə, əminəm ki, prezident bu təklifi rədd etməyəcək və namizədliyini irəli sürəcək. Abdullah Gül çox sevdiyimiz bir dostumuzdur, prezident missiyasını müvəffəqiyyətlə yerinə yetirib, partiyamıza belə sədr yaraşır”.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?