Cəlilabadda növbəti ilansancma: 17 yaşlı gənc ölümdən döndü
17 yaşlı Cəlilabad sakinini ilan sancıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad rayonunun Edişə kəndində baş verib. Kənd sakini, 17 yaşlı Səbuhi Yaqub oğlu Şükürov həmkəndliləri ilə birlikdə örüş sahəsində küləş bağlayarkən ayaq nahiyəsindən onu ilan sancıb. Çox keçmədən Səbuhi Şükürovun halı pisləşib və ona ilk yardımı sərhədçilər göstərib.
"Bir də gördüm ilan sancdı. Örüş sahəsinə getmişdim vurdu məni. Özümü pis hiss edirdim".
Daha sonra qonşu kənddəki tibb məntəqəsinə çatdırılan Səbuhi əraziyə çağırılmış təcili tibbi yardım maşını ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub və hazırda vəziyyəti qənaətbəxşdir. Qeyd edək ki, cari ildə istilər düşəndən bəri bu, Cəlilabad rayonunda qeydə alınan 13-cü ilansancma faktıdır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?