Qadın sürücü təmir gedən yolda ağır qəza törətdi
Bakı şəhərində yol nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə, qəza Heydər Əliyev prospekti 402 ünvanında qeydə alınıb. Aeroport istiqamətində hərəkətdə olan 31 yaşlı Jalə Təhməzova idarə etdiyi "Daewoo Matiz" markalı minik avtomobili ilə 37 yaşlı Elşad Şahverdiyevin idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, minik avtomobili yarasız hala düşüb. Qəza olan sahədə təmir aparıldığından avtobus sərnişinləri götürmək üçün yolun ikinci xəttində dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən minik maşını avtobusa çırpılıb. Hadisə zamanı "Daewoo Matiz"də yalnız sürücü olub.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?