Neymar Almaniya ilə oyunu buraxacaq! Braziliya şokda!
Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari Neymarın ciddi zədələndiyini açıqlayıb. Apasport.az-ın məlumatına görə, o, hücumçunun iyulun 8-də Almaniyaya qarşı keçiriləcək yarımfinal oyununa yetişməsinin böyük sual altında olduğunu vurğulayıb. Neymar Kolumbiya ilə oyunun sonuna yaxın zədələnib. O, rəqibin müdafiəçisi Kamilo Tsunqo ilə toqquşmadan sonra yerə yıxılıb və xərəkdə meydandan çıxarılıb. 22 yaşlı futbolçunun belində ciddi problemlər yaşandığı bildirilir. Neymar oyundan sonra hospitala aparılıb. Skolari Neymarın ağrıdan ağladığını da qeyd edib: “Həkimlərin sözlərinə görə, onun Almaniya ilə görüşə qədər sağalması möcüzə sayıla bilər”.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?