Gürcüstan parlamentinin spikeri Bakıya gəlib
Gürcüstan parlamentinin spikeri David Usupaşvilinin Azərbaycana səfəri başlayıb. APA TV-nin məlumatına görə, iyulun 6-da axşam saatlarında qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov qarşılayıb.
David Usupaşvili jurnalistlərə açıqlamasında bildirib ki, səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməyi planlaşdırır. Spikerin sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında müzakirə olunacaq xeyli məsələ var. Bura müxtəlif sahələri əhatə edən məsələlər daxildir: "Avropa İttifaqı ilə assosiasiya sazişininin imzalanmasından sonra Gürcüstanda qanunvericilik müstəvisi dəyişir. Amma bu, heç bir halda bizim qonşularımızla, Azərbaycanla münasibətlərimizə təsir göstərə bilməz. Sadəcə olaraq, bu məsələləri müzakirə etmək istəyirik ki, hər iki ölkə bundan fayda götürə bilsin".
David Usupaşvili Bakıda rəsmi görüşlərə bu gün başlayacaq. Səfər iki gün davam edəcək.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?