Ermənistan müdafiə nazirinin kabinetində bomba həyəcanı!
Ermənistanın müdafiə nazirinin kabinetində və ölkənin ən böyük hərbi hospitalı olan Muratsanda bomba həyəcanı yaşanıb. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyini ard-arda iki məlumat daxil olub. Hər iki məkanda axtarış aparıldıqdan sonra məlumatların doğru olmadığı ortaya çıxıb. APA TV-nin Ermənistanın Iragir.am saytına istinadən verdiyi xəbərə görə, kimlərinsə müdafiə naziri Seyran Ohanyanla şəxsi ədavəti var. Bunu bu yaxınlarda Ohanyan Moskvadan qayıdarkən onun olduğu təyyarədə qəza baş verməsi də təsdiqləyir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?