Mingəçevirdə dəhşət! Ana və iki oğlu bıçaqlandı
Mingəçevir şəhərində bir neçə nəfər bıçaqlanıb. Mingəçevir rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Oğuz sakini, 1989-cu il təvəllüdlü Zaur Rəsulov qısqanclıq zəminində həmyerliləri - 25 yaşlı Elnur Əzimova, 24 yaşlı Fərid Hasilova, onun qardaşı, 1991-ci il təvəllüdlü Cavid Hasilova və qardaşların anası, 47 yaşlı Amaliya Hasilovaya bıçaq xəsarətləri yetirib. Bıçaqlanan 4 nəfər ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?