Mehdiabaddakı yanğında ev sahibinin 85 min manatı külə dönüb
Mehdiabad qəsəbəsində ev yanıb. APA TV-nin məlumatına görə, yanğın Aşıq Ələsgər küçəsində yerləşən ikimərtəbəli evdə qeydə alınıb. Yanğın evin ikinci mərətəbəsində başlayıb və tezliklə həmin mərtəbədəki 5 otağı əhatə edib. Yanğın barədə Fövqəladə hallar Nazirliyinin “112” qaynar telefon xətinə məlumat verilib. Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Abşeron və Binəqədi Rayon Hissələrinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının evin birinci mərtəbəsinə keçməsinin qarşısı alınıb. Aparılan ilkin araşdırmalar nəticəsində məluma olub ki, yanğın nəticəsində 5 otaqdakı bütün ev əşyaları yanıb. Eyni zamanda ev sahibinin 85 min manatı külə dönüb. Yanğının baş vermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?