Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşdü
İyulun 10-dan 13-ə qədər Litva paytaxtında keçiriləcək gənclər arasında ot üstü xokkey üzrə Avropa çempionatında Azərbaycan yığması ilə Ermənistan komandası eyni qrupa düşüblər. APA TV-nin məlumatına görə, mübarizə 6 komanda arasında gedəcək. Qrupda bu ikimillidən başqa Cəbəllütariq də yer alıb. Rəqibləri ilə müqayisədə bu yığma zəif sayılır. Azərbaycan millisi bu gün Cəbəllütariqlə görüşəcək. İki gün sonra isə Ermənistanla oyun baş tutacaq. Digər qrupda isə Bolqarıstan, İsveçrə və ev sahibi Litva yer alıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?