Türyançay qoruğu yandı
Türyançay Dövlət Təbiət Qoruğunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yanğın hadisəsi Ağdaş-Qəbələ avtomobil yolunun şərq tərəfindəki yüksək dağlıq-meşəlik ərazidə, yoldan təxminən 10 kilometr aralıda baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağdaş və Qəbələ yanğından mühafizə hissələrinin canlı qüvvəsi cəlb edilib. Yanğın yüksək dağlıq ərazidə baş verdiyi üçün yanğınsöndürən avtomobillərin hadisə yerinə çıxması qeyri-mümkün olub. Yüzə yaxın yanğınsöndürən müxtəlif alətlər və əl üsulu ilə yanğını söndürülməsinə cəlb olunub. Təxminən 5 saatdan sonra yanğın tam söndürülüb. Hadisə zamanı qoruğun 10 hektarlıq ərazisində küknar, saqqız, arçan, qaratikan və digər meşə ağacları, kol-kos yanaraq külə dönüb. Yanğınsöndürənlərin əməyi sayəsində çətinliklə də olsa, alovun qarşısı alınıb və qoruğun qalan 650 hektarlıq hissəsi yanğından mühafizə edilib.
Yanğın olan ərazi tam nəzarətə götürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?