DSX Akademiyasında məzunların buraxılış mərasimi keçirilib
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının məzunlarının buraxılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən DSX Akademiyasının rəisi Araz Məmmədov xatırladıb ki, 2007-ci ildə akademiyanın yaradılması barədə qərar qəbul edilib. Bildirib ki, üç leytenant akademiyanı fərqlənmə ilə bitirir. DSX-nın rəisi Elçin Quliyev isə məzunları və onların ailə üzvlərini təbrik edib. Daha sonra general məzunlarla xatirə şəkli cəkdirib. Elcin Quliyev məzunların Azərbaycan sərhədlərinin mühafizəsi işinə öz töhfələrini verəcəklərindən əmin olduğunu bildirib . Elçin Quliyev həmçinin qeyd edib ki, 2014-cü ilin birinci yarısında 2 yeni hərbi hissə təmir edilərək istifadəyə verilib. Hazırda sərhəd xidmətində tikinti-quruculuq işləri ilə yanaşı, müasir silah, texnika, uçuş vasitələri ilə təminat da yüksələn xətt üzrə gedir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?