Şabranda dəhşətli qəza: 10 yaralı
Bakı-Quba Rusiya Federasiyası dövlət sərhəddi yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza magistralının 132-ci km-də, Şabran rayonunun Gəndob kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Rzayevin idarə etdiyi “BMW” markalı avtomaşınla Siyəzən rayon sakini, 1986-ci il təvəllüdlü Ənvər Mahmudovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşın toqquşub. Qəza nəticəsində hər iki maşının sürücüsü və sərnişinləri - 1986-cı il təvəllüdlü Rəqsanə Quliyeva, 1972-ci il təvəllüdlü Vətən Quliyev, 2008-ci il təvəllüdlü Mehriban Məmmədtağıyeva, 2010-cu il təvəllüdlü Gülsurə Quliyeva, 1986-cı il təvəllüdlü Ofelya Məmmədtağıyeva, 1982-ci il təvəllüdlü Əflatun Aslanov, 1968-ci il təvəllüdlü Nəzakət İbrahimova və 1987-ci il təvəllüdlü Səbinə Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 4 nəfər stasionar qaydada müalicələrini davam etdirir və vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Qalanları isə ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?