Braziliya millisindən daha bir antirekord: 14 qol buraxıldı
Braziliya millisi ev sahibi olduğu dünya çempionatında daha bir antirekorda imza atdı. Luis Felipe Skolarının yetrimələri həm turninrin ən çox qol buraxan komandası, həm də dünya çempionatları tarixinin qapısında ən çox qol görən ev sahibi oldu.
Braziliyalılar qrup mərhələsində Xorvatiya və Kamerun millilərinin hər birindən 1 qol, pley-off mərhələsində isə Çili və Kolumbiya yığmalarının hər birindən 1 qol buraxmışdılar. Amma yarımfinalda Almaniya millisi Braziliya yğmasının qapısından 7 qol keçirdi. Üçüncü yer uğrunda Hollandiya millisi ilə oyunda buraxılan daha 3 qolla Braziliya yığması antirekorda imza atmış oldu.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?