Azərbaycanın "Cahandar ağa"sı öldü
Məşhur "Dəli kür" filminin "Cahandar ağa" obrazını canlandıran aktyor Ələddin Abbasov dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, xalq artisti bu gün 92 yaşında vəfat edib. Aktyor son vaxtlar ayaq ağrılarından əziyyət çəkirdi və yeriyə bilmirdi. Aktyorla vida mərasimi təşkil olunacaq. Qeyd edək ki, Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. On beş yaşında Gəncə Dövlət Dram Teatrfının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvü olub və yaradıcılığı yalnız bu kollektivlə bağlıdır. Sənət uğurlarına görə, Azərbaycan Respublikasının əməkdar artisti və xalq artisti fəxri adları ilə təltif olunub. "Mən ki gözəl deyildim" "Özgə ömrü", "Qatır Məmməd" və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?