Bank Of Baku

Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

# 00:24
16 iyul 2014

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA TV-nin məlumatına görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə hakim O. Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqının yekunlaşdırdiğını elan edib.

Proses iyulun 21-də davam etdiriləcək. Növbəti məhkəmə prosesində dövlət ittihamçıları O. Zeynalova iş istəyəcəklər.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.

O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib. İstintaq orqanı tərəfindən O. Zeynalova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 -ci maddəsi (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR