Moskva Şəhər Səhiyyə Departamenti: “Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”
Moskva metrosunda baş verən hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə APA TV-yə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, bu gün Moskva metrosunda baş vermiş faciə ilə əlaqədar Moskva şəhər Səhiyyə Departamenti tərəfindən mətbuat konfransı keçirilib. Səfirliyin nümayəndəsinin iştirak etdiyi mətbuat konfransı departamentin rəhbəri Georgi Qoluxov tərəfindən aparılıb.
Georgi Qoluxov bildirib ki, faciə nəticəsində 136 nəfər yaralanıb və 21 nəfər həyatını itirib. Yaralanan və həyatını itirənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Georgi Qoluxov onu da bildirib ki, qeyd olunan rəqəmlər dəyişə bilər.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?