Azərbaycanlı biznesmen "Pulkovo” aeroportunda oğurlanıb, 1,5 milyon dolları əlindən alınıb
Rusiyada azərbaycanlı iş adamı və onun mühafizəçiləri naməlum şəxslər tərəfindən qaçırılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə iyulun 15-də “Pulkovo” aeroportunda baş verib. Məlum olub ki, xüsusi təyinatlıların geyimində olan 6 nəfər azərbaycanlı biznesmenin olduğu avtomobilə yaxınlaşıb və orada əyləşən şəxslərin əllərinə qandal vururaraq naməlum istiqamətə aparıb.
Bir müddət sonra quldurlar azərbaycanlı iş adamını və onun mühafizəçilərini Volxonsk şossesində maşından düşürüblər. Onların üzərində olan mobil telefonları və 1,5 milyon dolları isə özləri ilə aparıblar.
Rusiya mətbuatının yazdığına göpə, azərbaycanlı biznesmen Sankt-Peterburqa Dubaydan gəlib. O, burada özünə bahalı ev almaq istəyirmiş.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?