Bəşər Əsəd and içdi
Suriyada iyun ayında keçirilən prezident seçkilərində qələbə qazanan Bəşər Əsəd and içib. APA TV-nin xəbərinə görə, dövlət televiziyasından yayımlanan görüntüdə Əsəd prezident saraylarından birində millət vəkilləri və onu dəstəkləyənlərin qarşısında and içdikdən sonra çıxış edib.
Suriyada prezident seçkiləri 3 iyunda keçirilib. Seçkilər başda BMT olmaqla bir çox beynəlxalq çevrədə tənqid olunsa da, Bəşər Əsədin 88.7 faiz səs topladığı açıqlanmışdı.
Xatırladaq ki, 2011-ci ilin martın 15-dən Suriyada vətəndaş müharibəsi başlayıb. ABŞ, Avropa Birliyi, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər tərəfindən dəstəklənə müxalif silahlılarla hökumət qüvvələri arasında amansız müharibə gedir.
Münaqişə hökumət əleyhinə etirazlardan yaranıb. Əvvəlcə dinc nümayişlər keçirilib. Nümayişlərdə təxribatlar törədilib, polis və vətəndaşlara arasında ölənlər olub. Getdikcə qızışan etirazlar vətəndaş müharibəsinə çevrilib. Hazırda ölkədə İŞİD, "Əl-Nusra", "Azad Suriya" ordusu kimi silahlı qüvvələr Suriya ordusuna qarşı döyüşür.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?