14 yaşlı yeniyetmə Xəzərdə boğuldu
Ötən gecə Sumqayıtda 14 yaşlı gənc dənizdə boğulub. APA TV-nin məlumatına görə, Gülməmmədov Balaxan Namiq oğlu həmyaşıdları ilə birlikdə yaşadıqları yerin yaxınlığında, Xəzər dənizinin mühafizə olunmayan hissəsində çimməyə gedib. 14 yaşlı yeniyetmə boğulmağa başlayıb və dostları onu xilas edə bilməyiblər.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hava qaranlıq olduğundan yeniyetmənin cəsədini tapmaq mümkün olmayıb.
Qeyd edək ki, Balaxan Gülməmmədov musiqi təmayüllü internat məktəbinin şagirdidir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?