Həyətində narkotik əkib-becərən Bərdə sakini tutuldu
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitki becərən şəxsi yaxalayıb. APA TV-nin xəbərinə görə, şəhərin Sabir küçəsində yaşayan 41 yaşlı Bəxtiyar Hüseynovun həyətinə baxış zamanı oradan çətənə kolları müəyyən edilərək götürülüb. Bəxtiyar Hüseynov narkotik bitkiləri satış məqsədi ilə deyil, özünün istifadəsi üçün becərdiyini bildirib. Bərdə Rayon Polis Şöbəsindən verilən məlumata görə, 3 uşaq atası olan Hüseynov əvvəllər də məhkumluq həyatı yaşayıb. 12 il əvvəl xuliqanlığa görə 2 il 6 ay həbsdə olan narkotik alverçisi növbəti dəfə həbs olunub.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?