22 yaşlı gənc naməlum şəraitdə bıçaqlanıb
Balakəndə 22 yaşlı gənc nəməlum şəraitdə bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə iyul ayının 16-sı axşam saatlarında Balakən şəhəri ərazisində baş verib. 1992-ci il təvəllüdlü, Balakən şəhər sakini Əmrah Məhəmməd oğlu Abdullayev aşağı ətrafı, sağ bud nahiyyəsinin kəsilmiş və deşilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Hadisə ilə bağlı Balakən rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumatda Əmrah Abdullayevin bıçaqlanması faktı təsdiqlənib. Polis Şöbəsindən bildirilib ki, fakla bağlı cinayət işi qaldırılıb, Əmrah Abdullayevin kim və hansı şəraitdə bıçaqlanması araşdırılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?