Qaradağ polisi dayısını qarət edən şəxsi saxlayıb
Qaradağ polisi dayısının seyfini və mobil telefonunu oğurlayan şəxsi saxlayıb. APA TV-nin məlumatına görə, rayon sakini Əliyev İlham İsmayıl oğlu Qaradağ Rayon Polis İdarəsinə müraciət edərək, evindən ona məxsus içində 7800 manat pul olan seyfin və mobil telefonun oğurlandığını bildirib. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbiləri nəticəsində oğurluq edən İlham Əliyevin bacısı oğlu Əlişov Nemət Mehman oğlu saxlanılıb. İlkin dinidirilmə zamanı o cinayəti bonuna alıb.
Nemət Əlişovun anası və atası boşandığından son aylar o dayısı gildə qalırmış. Ticarətlə məşğul olan dayısı pullarını seyfdə saxlayırmış. Nemət Əlişovun oğurladığı seyf Lökbatan qəsəbəsindəki binanın zirzəmisindən tapılıb. Faktla bağlı rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?