Xaçmazda qəbiristanlıq yandı
Xaçmaz rayonunda qəbiristanlıqda yanğın baş verib. APA TV-nin məlumatına görə, Xudat-Qusar yolunun üzərində yerləşən Xudat şəhər qəbiristanlığında yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin və Xudat Dövlət Yanğından Mühafizə bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində 8000 kvadratmetrlik ərazi yanıb. Taxtadan olan başdaşılarına da ziyan dəyib. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Qeyd edək ki, bu il həmin qəbiristanlıqda bir neçə dəfə yanğın baş verib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?