Kürün üzərindən keçən körpü bağlanıb
Təmir işləri ilə əlaqədar Hacıqabul-Bəhrəmtəpə yolunun 9-cu kilometrliyində yerləşən körpü avtomobillər üçün bağlanıb. “Azəryolservis”ASC-dən APA TV-nin Mil-Muğan bürosuna bildirilib ki, Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 9-cu kilometrliyində, Şirvan şəhəri ərazisində Kür çayı üzərində yeni körpünün tikintisinin son tamamlanma işləri ilə əlaqədar yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. İşlərin keyfiyyətli aparılması üçün köhnə körpünün bağlanmasına qərar verilib. Yeni salınan körpünün yanaşma yollarında aşınma qatı vurulduğundan qeyd edilən hissədə hərəkət iyulun 18-dən 20-nə kimi bağlı olacaq. Sürücülərdən alternativ yoldan istifadə etmələri tövsiyə edilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?