Rusiyada azərbaycanlıları daşıyan mikroavtobus qəzaya uğradı: 5 yaralı
Rusiyanın Stavropol diyarı ərazisində yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşları xəsarət alıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Mercedes” markalı mikroavtobusun “VAZ 2113” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Mikroavtobusla toqquşan "Jiquli"dəki iki nəfərin vəziyyəti ağırdır. Mikroavtobusda xəsarət alan 6 nəfərdən biri sürücü, digərləri mikroavtobusun sərnişinləri olub. Onların hamısı Azərbaycan vətəndaşıdır. Yaralanan şəxslərin kimliyi məlum olub. Xəsarət alan Azərbaycan vətəndaşları - Əliquliyev Sərəddin Amir oğlu, Qurbanova Urbiyyə Zülfüqar qızı, Rüstəmli Əsədulla Bəhlul oğlu, İbadlı Xamir Ehtiram oğlu, Abışov Rəis Baloğlan oğlu. Yaralılar Georgiyevsk Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?