Bu il 4500 qaçqın və məcburi köçkün ailəsi mənzillə təmin ediləcək
Bu il 4500-dən çox mənzil qaçqın və məcburi köçkün ailələrinin ixtiyarına veriləcək. APA TV-nin xəbərinə görə, bunu yeni salınan qəsəbədə aparılan işlərlə tanışlıq məqsədilə Ağdama səfər edən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərlə söhbətində deyib. Komitə sədrinin sözlərinə görə, bu qədər evdə təxminən 25 min insanın məskunlaşması mümkündür.
Yaxın vaxtlarda Tərtər rayonu ərazisində məskunlaşmış qaçqın və məcburi köçkün ailələri üçün yeni qəsəbənin salınması nəzərdə tutulur.
İnşası başa çatmış yaşayış massivləri yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin ixtiyarına veriləcək.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?