Tanınmış aktrisanın səhhəti ağırlaşıb
Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhəti ağırlaşıb. Gülnar Salmanovanın müalicə həkimi Nigar Əlizadə APA TV-yə deyib ki, aktirisaya hər cür tibbi yardım göstərilir: "Gülnar Salmanova üç ildir, Əfəndiyev adına xəstəxanada hemodializ alır. Hazırda xəstənin vəziyyəti ağırdır. Hemodializə həftədə 3 dəfə, 4 saat gəlmək məcburiyyətindədir. Hemodializ prosedurunu çox ağır keçirir. Hətta xəstnin prosedurdan sonra vəziyyəti çox ağırlaşır. Dəfələrlə evə təcili tibbi yardım göndərilib. Son günlərdə vəziyyəti daha da ağırlaşıb".
Nigar Əlizadənin sözlərinə görə, hemodializ proseduru müvəqqəti bir etapdır. Əslində hemodialis xəstələrinə böyrək köçürülməlidir. Amma hər xəstəyə isətnilən vaxt böyrək transplantasiya edilə bilməz. Əsas problem həm xəstənin vəziyyətinin bu əməliyyata uyğun olması həm də donorun tapılmasıdır.
Aktirsa müalicəsinin təmin olunması üçün dövlətdən yardım istəyir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?