Netanyahu: “Hərbi əməliyyatlar daha da gücləndiriləcək”
İsrail Qəzzaya hərbi hücumu daha da gücləndirib. APA TV-nin məluamtına görə, təxminən iki həftədir davam edən əməliyyat nəticəsində çoxu mülkü olan 300 nəfər həyatını itirib. Fələstin rəsmilərinin açıqlamalarına görə, son bir həftədə hücum nəticəsində 65 nəfər ölüb. Qeyd edək ki, İsrail Qəzzaya havadan və dənizdən də hücum edir. İsrailin baş naziri verdiyi açıqlamada bildirib ki, hərbi əməliyyatlar daha da gücləndiriləcək. O bildirib ki, hədəfələri Həmasın gizləndiyi tunel sitemidir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailin soyqırım etdiyini söylərkən, ABŞ prezidenti Barak Obama Tel-Əvivin özünümüdafiə haqqını dəstəklədiyini ifadə edib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?