Moskvada azərbaycanlı jurnalistlər güllələnib...
Moskvada azərbaycanlı jurnalistlər güllələniblər. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, hadisə paytaxtın şimal-şərq dairəsində, Malıgina küçəsi 20 ünvanında yerləşən "Vstreça" kafesində baş verib.
Hadisə üç nəfər arasında düşən mübahisə zəminində yaşanıb. Nəticədə, onlardan biri tapança ilə digər iki nəfərə atəş açıb. Atəş nəticəsində bir nəfə ölüb, bir nəfər isə əlindən və çiynindən yaralanıb.
Ölən şəxsin Hüseynov olduğu və onun Novqorod vilayətində "Diaspor" qəzetində çalışdığı bildirilib. Yaralanan 57 yaşlı Bəşərovun da həmin qəzetdə jurnalist olaraq fəaliyyət göstərdiyi məlum olub.
Bəşərov xəstəxanaya yerləşdirilib. Onların hər ikisinin Moskvaya Azərbaycan xalq festivalına ezamiyyətə gəldiyi bildirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Azərbaycanlı jurnalistlərə atəş açan şəxsin axtarışları davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?