"İzzəddin Qəssam" birləşməsi: 14 İsrail əsgəri öldürülüb
"Həmas"ın hərbi qanadı "İzzəddin Qəssam" birləşməsi 14 İsrail əsgərini öldürdükləri barədə məlumat yayıb. "İzzəddin Qəssam"ın yazılı açıqlamasında qeyd olunur ki, İsrail hərbiçiləri Qəzzanın şərqində minalanmış sahəyə düşürülərək öldürülüb. İsrail tərəfi məlumatı təsdiqləməyib. Ordunun verdiyi yazılı açıqlamada isə, 2 hərbçilərinin öldürüldüyü, 5-nin yaralandığı bildirilir. Quru əməliyyatlarının başlanmasından bu yana ümumilikdə 5 İsrail hərbçisinin öldürüldüyü qeyd olunur.
"Al Jazeera"nin Fələstin büro müdiri Velid Öməri İsrailin baş naziri Netanyahunun ordunu Qəzza sektoruna dərinliklərinə soxmaqla itkilərin artmasından qorxduğunu bildirib. Onun sözlərinə görə, əsgəri itkilərin artması Netanyahuya verilən dəstəyi alt-üst edə bilər. Bu səbəbdən İsrail Qəzzadakı irəliləyişini ehtiyatlı həyata keçirir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?