Canlı yayımda qonaqlar arasında dava düşdü
İordaniyada televiziya verilişlərindən birində qonaqlar arasında dava düşüb. Jurnalist Şakir əl-Cohari Suriyadakı böhran müzakirə olunarkən opponenti ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib. Hər şey Şakir əl-Coharinin digər qonağa şüşə atması ilə başlayıb.
Texniki heyət özündən çıxan jurnalisti çətinliklə sakitləşdirə bilib.
Qeyd edək ki, bu ilin mayında da eyni televiziyada Suriya ilə bağlı müzakirələr dava ilə bitmişdi. O vaxt da davanı jurnalist Şakir əl-Cohari salmışdı.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?