SOCAR “Qalatasaray”ın sponsoru ola bilər
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Qalatasaray” klubunun sponsoru ola bilər. APA TV xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.
Məlumata görə, “Türk Telekom” şirkəti ilə yeni müqavilə imzalamayan klub sponsor axtarışındadır. SOCAR-ın “Qalatasaray” klubunun rəhbərliyi ilə artıq anlaşmaq üzrə olduğu bildirilir. İddia olunur ki, yaxın günlərdə Dövlət Neft Şirkəti ilə klub arasında müqavilə imzalana bilər. SOCAR-ın “Qalatasaray”a 20 milyon avro təklif etdiyi bildirilir.
Artıq sosial şəbəkələrdə “Qalatasaray”ın üzərində “SOCAR” yazılmış formalarının fotoları da yayılıb.
Qeyd edək ki, Qalatasaray”a sponsorluq etmək istəyənlər arasında “Samsung”, “Fly Emirates”, “Qazprom” kimi şirkətlərin də adı keçir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?