Bakıda ata 14 yaşlı lal-kar oğlunu amansızlıqla qətlə yetirib
Azərbaycanda atası tərəfindən qətlə yetirilən uşaq lal-kar imiş. Bu barədə APA-ya Abşeron Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Qobu qəsəbə sakini, 1974-cü il təvəllüdlü Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqla qətlə yetirib.
Eldəniz Məmmədov ilkin ifadəsində oğlunu anasının cibindən ötən il 1 manat, oxuduğu məktəbdə isə şagirdlərin bir neçə dəfə pulunu oğurladığına görə öldürdüyünü bildirib.
Eldəniz Məmmədovun həyat yoldaşı isə izahatında bildirib ki, əri spirtli içkidən mütəmadi istifadə edib və xeyli miqdarda borcu olduğuna görə bu hadisəni törədib.
Hadisəni törədən Eldəniz Məmmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?