Lerikdə meşə massivi yanıb
Lerik rayonunun Piran ərazisindəki meşə massivi yanır. APA TV-nin cənub bürosunun məlumatına görə, yanğın yerli meşə təsərrüfatına məxsus 2 hektaradək ərazini əhatə edib. Yanğınlar 1800 metr yüksəklikdə baş verdiyindən yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olub. Elə bu səbəbdən də yanğının söndürülməsi işinə yalnız traktorlar və digər ağır texniki vasitələrlə yanaşı yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar. İlkin ehtimallara görə, yanğın güclü istilərin nəticəsindən və ya yaxınlıqdakı bələdiyyə torpağında əhali tərəfindən yandırılan biçilən zəmidən meşəyə keçməklə yaranıb.
Yanğının əhatə dairəsinin genişlənməməsi üçün traktorlar vasitəsilə iri çalalar qazılır. Hələlik meşə təsərrüfatına aid olan iri gövdəli ağaclara ziyan dəyməyib.
Artıq hadisə ilə bağlı müvafiq qurumlara da məlumat verilib. Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür. Əlavə olaraq, Astara, Masallı və Lənkərandan meşə təsərrüfatı və bərpası müəssisəsinin əməkdaşları yanğın baş verən əraziyə cəlb olunublar. Yanğının axşam saatlarına kimi qarşısının alınacağı bildirilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?