Babək prospektində “Mercedes” və “Toyota” toqquşub
Bakının Babək prospektində qəza baş verib. APA TV-nin məlumatına görə, qəzada “Toyota” və “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerində Dövlət Yol Polisi İdarəsinin Nizami Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, qəzaya prospektdə sürət həddinin aşılması səbəb olub. Hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağılı Dövlət Yol Polisi İdarəsinin Nizami Rayon Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?