Cəlilabadda avtomobil sexi yandı
Cəlilabadda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Qurtuluş küçəsindəki köhnə yük avtomobillərinin saxlandığı sexdə qeydə alınıb. Quru otlaq sahəsindən başlayan yanğın sexdəki avtomobil təkər və ehtiyat hissələrinə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının sexdə saxlanılmış "ZİL" markalı yük maşınına və eləcə də yaxınlıqda yerləşən təsərrüfat malları satış mərkəzinə keçməsinin qarşısı alınıb.
İlkin ehtimallara görə, yanğının ərazidə oynayan uşaqların odla ehtiyatsız davranması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?