İmişlidə 12 yaşlı oğlan kanalda boğulub
İmişlidə 12 yaşlı oğlan kanalda boğulub. APA TV-nin xəbərinə görə, hadisə ötən gün saat 19 radələrində Qarabağ kanalının İmişli rayonunun Yalavac kəndindən keçən hissəsində qeydə alınıb. İmişli şəhər sakini, 2002-ci təvəllüdlü Şirinov Tamerlan Ramil oğlu kanalda çimərkən anidən yoxa çıxıb. Hadisə yerinə FHN-dövlət sularında xilas etmə əməkdaşları cəlb edilib. Dərhal axtarışişlərinə başlanılıb. Bugün səhər saatlarında yeniyetmənin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 12 km aralıda, kanalın Qaralar kəndindən keçən hissəsində aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?