Bağlanan təhsil müəssisələrinin 300 şagirdi digər məktəblərə yerləşdirilib
“Hazırda Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrinin 300 nəfər şagirdi paytaxtın digər məktəblərində yerləşdirilib”. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, idarə tərəfindən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrinin şagirdlərinin paytaxtın digər məktəblərində yerləşdirilməsi prosesi davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi şagirdlər tam yerləşdirilənə qədər davam edəcək. Hazırda 300 nəfər şagird məktəblərdə yerləşdirilib. Qeyd olunub ki, ən çox müraciət olunan məktəblər arasında 6 saylı məktəb və Zərifə Əliyeva adına liseyi göstərmək olar.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?