Hava isinir
İyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?