Daha 100 əlilə maşın verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini "Naz-Lifan" markalı minik avtomobili ilə təmin edib. APA TV-nin xəbərinə görə, həmin şəxslərdən 38 nəfəri Böyük Vətən müharibəsi əlili, 42 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 20 nəfəri isə Çernobıl AES əlilidir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib ki, siyahıda olan 1533 nəfərdən 1200-ü maşınla təmin edilib.
Növbədə olan digər belə şəxslərin də gələn ayın sonunadək avtomobillə tam təminatı nəzərdə tutulur. Bu ilin aprelindən bəri müvafiq kateqoriyalara aid 1200 nəfər əlilliyi olan şəxsə avtomobil verilib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?