Gəncədə 68 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb
Gəncədə 68 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb. Gəncə şəhər Prokurorluğundan APA-TV nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin yeni Gəncə yaşayış massivində, ev 24 B, mənzil 18-də qeydə alınıb. Sözügedən ünvanda yaşayan, 1946-cı il təvəllüdlü Tağıyev Firuza Məmməd qızı özünü 9 mərtəbədə yerləşən mənzilin eyvanından ataraq intihar edib. Prokurorluqdan bildirilib ki, F.Tağıyevanın psixi xəstəlikdən əziyyət çəkdiyinə görə intihar etdiyi güman edilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma gedir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?