Qaxda narkotik becərən Balakən sakinləri saxlanılıb
Qaxda narkotik tərkibli bitkiləri əkib-becərən Balakən rayon sakinləri saxlanılıb. APA TV-nin məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Calayır kənd inzibati ərazisində meşə zolağının ayr-ayrı hissələrində, birində 5 ədəd, digər hissəsində isə 20 ədəd olmaqla, kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkarlanıb.
Nəzarətdə olan əraziyə iki nəfər nəməlum şəxs gələrək narkotik tərkibli bitkiyə qulluq etdikləri zaman iş başında yaxalanıblar. Aparılan araşdırma zamanı məlum olub ki, ərazidə narkotik tərkibli bitkini əkən və qulluq edən şəxslər Balakən rayonu Gərəkli kənd sakini, 1981-ci il təvəllüdlü Akif Qurban oğlu Musayev və Balakən şəhər sakini, 1975-ci il təvəllüdlü Rəfail Məmməd oğlu Manafovdur. Axtarış zamanı Akif Musayevdən 5,7 qram narkotik maddə hesab olunan qurudulmuş marixuana aşkarlanıb. Akif Musayev və Rəfail Manafov Qax RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə aparılıblar. Fakla bağlı cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?