Vətəndaşlar Gömrük Komitəsinin sədrinə şikayətlərini bildiriblər
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Zaqatala rayonunda vətəndaşları qəbul edib. APA TV-nin məlumatına görə, Gömrük Komitəsinin sədri Aydın Əliyev Qax, Zaqatala və Balakən rayonlarından olan sakinlərin gömrük məsələləri ilə bağlı şikayət və təkliflərini dinləyib. Müraciətlərin əksəriyyəti gömrük keçid məntəqələrindən bəzi malların idxal və ixracı, sənədləşmə qaydaları, həmçinin işə qəbulla bağlı olub. Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, komitənin strukturuna aid olmayan bir neçə məsələ isə qeydiyyata alınaraq aidiyyəti orqanlara çatdırılması üçün nəzarətə götürülüb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?