Nazir: “Mal-qara arasında yayılan xəstəlik təhlükəli deyil”
Kənd təsərrüfatı naziri Heydər Əsədov Aran bölgəsində mal-qara arasında yayılan xəstəliklə bağlı açıqlama verib. Nazir sözügedən xəstəliyin öldürücü olmadığını bildirib. Problemin qısa müddət ərzində aradan qaldırılması üçün lazımi tədbirlət həyata keçirilir.
Nazir heyvanlar arasında yayılan xəstəliklərin təhlükəli olmadığını bildirib. Onun sözlərinə görə, bu xəstəliyin simtompları müşahidə olunub və bütünlüklə vəziyyət nəzarət altındadır.
Yaxın gələcəkdən etibarən kənd təsərrüfatı texnikalarının alınmasına dövlət tərəfindən 40 faiz dəstək veriləcək. Nazirin sözlərinə görə, prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti tərəfindən hazırda bu məsələnin həlli üçün müfaviq qanun və sənədlər hazırlanır.
Heydər Əsədovun sözlərinə görə, ölkədə suvarma sistemində yaşanan problemlərin aradan qaldırılması üçün kompleks proqramlar hazırlanır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?